Sentyabrın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1206 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 266, ikinci doza vaksinlərin sayı 174, üç və daha çox doza vaksinlərin sayı 658, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 108-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 862 min 892, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 374 min 403, ikinci mərhələ üzrə 4 milyon 863 min 443, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 365 min 601, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 259 min 445-dir.