Sentyabrın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1113 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 202, ikinci doza vaksinlərin sayı 160, üç və daha çox doza vaksinlərin sayı 658, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 93-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 865 min 338, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 374 min 904, ikinci mərhələ üzrə 4 milyon 863 min 804, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 366 min 973, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 259 min 657-dir.