Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Liz Trassun başçılıq etdiyi yeni hökumətin qurulması ərəfəsində istefa verdiyini açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Liz Trassı yeni liderimiz seçilməyiniz münasibətilə təbrik edirəm və onu baş nazir rolunda dəstəkləyəcəyəm. Liz rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan və yeni daxili işlər naziri təyin etdikdən sonra mən ölkəmə və Uitem dairəsinə deputat kimi xidmətə davam edəcəyəm”, – Patel istefa verən Baş nazir Boris Consona yazdığı məktubda yazıb.