Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 72 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 72 yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 815 min 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 min 395 nəfər müalicə olunaraq sağalıb, 9 min 825 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 375 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 1, bu günə qədər isə ümumilikdə 7 milyon 172 min 37 test icra olunub.

ƏvvəlkiBakının Xətai rayonunda yanğın söndürülüb
NövbətiSentyabrın 5-də Azərbaycanda COVID-19 əleyhinə 5 doza vaksin vurulub