Türkiyə ordusu Suriyanın şimalında YPG terror təşkilatının (PKK-nın Suriya qanadı) 7 silahlısını zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilir ki, terrorçular “Fərat qalxanı” və “Sülh çeşməsi” antiterror əməliyyatları zonasını atəşə tutmaqlarına cavab olaraq məhv ediliblər.