Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun “Sülh və təhlükəsizlik naminə elm proqramı” çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün “Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu” keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda, praktiki qrup çalışmaları yerinə yetirilir.

ƏvvəlkiMüdafiə naziri Türkiyə kontingentinin rəhbəri ilə görüşüb
NövbətiHüquqi aktların vahid elektron bazası olan “e-qanun.az” saytı istifadəyə verilib