Əhalini hüquqi aktlar barədə məlumatlandırmaq, onların mətni ilə rahat tanış olmaq və onları asanlıqla əldə etmək, insanların hüquqi biliklərini artırmaq məqsədi ilə 2006-cı ilin mart ayından Ədliyyə Nazirliyi tərəfindən hüquqi aktların vahid elektron bazası olan “e-qanun.az” saytı istifadəyə verilib.
Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev deyib.
bildirib ki, yarandığı vaxtdan etibarən sayt ödənişsiz fəaliyyət göstərir.
“Bu saytı ölkə üzrə istifadəyə verilmiş ilk informativ elektron xidmətlərdən hesab etmək olar.
“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu qəbul olunduqdan sonra onun tələblərinə uyğun olaraq 2011-ci ildə Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı (huquqiaktlar.gov.az) hazırlanaraq istifadəyə verilmişdir. Hüquqi Aktların Dövlət Reyestrinin “e-qanun.az” saytından fərqi odur ki, Reyestrə daxil edilmiş hüquqi aktların mətnləri istinad üçün rəsmi mənbə hesab olunur.
Bu tapşırıqları rəhbər tutaraq “e-qanun.az” və Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantının əsasında, hər iki sistemi özündə birləşdirən hüquqi aktların vahid elekron bazasının daha təkmil və çoxfunkisyalı versiyası hazırlanmış və 2021-ci ilin mart ayının 18-dən istifadəyə verilmişdir”,- M.Yolçuyev deyib.
Şöbə müdiri bildirib ki, elektron bazada respublikanın qanunvericilik sisteminə daxil olan aktların mətnləri ilə yanaşı, Ali Məhkəmənin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Tarif Şurasının qərarları, habelə BMT-nin Təhlükəsizlik Şurasının bəzi qərarları da yerləşdirilib: “Məlumat üçün diqqətə çatdırmaq istərdim ki, hüquqi aktların vahid eletron bazasında 50 minə yaxın (49731/42445) sənəd var.
Həmin sənədlərin mətinləri ilə tanış olması üçün hər il bu sayta istifadəçilər tərəfindən milyonlarla giriş və baxış həyata keçirilir (aydınlıq gətirmək). İldən ilə giriş və baxışların sayında artım müşahidə olunur. Məsələn, girişlərin sayı 2019-cu ildə 2 MLN, 2020-ci ildə 2 MLN-dan çox, 2021-ci ildə 3 MLN-a yaxın, bu ilin 8 ayı ərzində isə artıq bu rəqəm 2 milyona çatmışdır. Artım tendensiyası baxışların sayında da mövcuddur. Belə ki, sayta olunuş baxış sayı 2019 və 2020-ci illərin hər birində 9 MLN-dan çoxu, bu ilin 8 ayı ərzində isə artıq 8 milyonu ötüb”.