“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aztəminatlı şəxslərə hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsinin icrasına başlamışdır.
Aztəminatlı şəxslərin hüquqi problemlərinin həllində maddi imkanlarının olmaması və hüquqi sahədə biliklərin az olması onların qanuni mənafelərinin müdafiə olunmasına maneçilik törədir. Belə ki, həmin şəxslərin hüquqi problemlərinin həllinə nail olunması üçün müvafiq dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, məhkəmə instansiyalarına iddia və qarşılıqlı iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin tərtib olunması zəruridir.
Yuxarıda göstərilən problemləri nəzərə alaraq, “Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 15.09.2022-01.12.2022-ci il tarixlərində “aztəminatlı şəxslərə hüquqi xidmətlərin göstərilməsi” adlı layihəsini icra edəcəkdir. Belə ki, hüquqi xidmət olaraq müraciət edən şəxslər üçün iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin tərtib olunması, müvafiq dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, vəkillik xidməti olaraq isə müraciət edən şəxslərin məhkəmədə təmsil olunması və onların məhkəmə müdafiəs təşkil olunacaqdır. Layihənin icrasına hüquqşünas Yaşar Ağazadə və vəkil Nurməmmədov Araz cəlb olunacaqdır.
Layihədən faydalanmaq istəyən şəxslər facebook, instagram sosial şəbəkələrinin pulsuz hüquqi xidmət səhifələrində və ya qaynar xətt formatında yaradılmış (070)8543019 whatsApp / mobil nömrə vasitəsilə əlaqə yarada bilərlər.