Prezident İlham Əliyev şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib

Prezident İlham Əliyev şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına başsağlığı verib. Türk.az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı sosial şəbəkə hesablarımda paylaşım edib.

Paylaşımda deyilir: “Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhid olmuş hərbi qulluqçularımızın ailələrinə, yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin qanı yerdə qalmadı!”.

ƏvvəlkiAntoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva şəhid olmuş hərbi qulluqçularımızla bağlı paylaşım edib