Azərbaycanın dostu, tanınmış yəhudi ekspert Arye Qut dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, o, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.
A. Qut 1975-ci ildə Bakıda anadan olub.
A.Qut həm İsrail, həm Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edib. O, Türkiyə -İsrail münasibətləri, İsrail – Azərbaycan strateji tərəfdaşlığı, Cənubi Qafqazda geosiyasi vəziyyət, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.
Eyni zamanda İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri olub. O, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının başçısı olub. Vaxtı ilə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi olub. Bununla yanaşı o, İsrail dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisidir.
2016-cı ildən A. Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib.
Allah rəhmət eləsin!