Bakıda ermənilərin rəhbərlik etdiyi taksi şirkəti fəaliyyətə başlayıb

Bakıda bir taksi xidməti fəaliyyətə başlayıb: “Yango”. Bu taksi xidməti “Yandex.Taxi” şirkətinin törəməsidir. “Yandex.Taxi” şirkətinin rəhbəri isə erməni Tiqran Xudaverdyandır. Demək olar ki, bu şirkətin rəhbərləri əsasən ermənilərdir.

Bu şirkət zaman-zaman Azərbaycanda fəaliyyət göstərmək üçün cəhdlər edib, amma hər dəfə ciddi ictimai təpkiyə görə Rabitə Nazirliyi (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi) imkan verməyib. Amma nə məsələdirsə, 22 iyuldan Azərbaycanda fəaliyyətə başlayıb, amma nədənsə adiyyatı dövlət qurumları və jurnalistlər bu məsələni işıqlandırmayıblar.

Ermənilərə Azərbaycanda iş qurmağa kimlər dəstək olur, pulumuz niyə erməninin cibinə axır? Məgər ölkədə taksi xidmətləri belə azdı ki, erməni şirkətinə də yaşıl işıq yandırıblar?

Hələ onu demirəm ki, bu şirkətin Azərbaycanda rəhbərliyi belə qeyri-müəyyəndir, vergi də vermir. Öz aləmində erməni şirkəti olduqların gizlətmək üçün bir xeyli əziyyət çəkiblər.

Şirkət Rusiya şirkəti olsada çox sayda erməni əsilli rus vətəndaşları rəhbər vəzifə tuturlar.
//ru.wikipedia.org/…/%D0%AF%D0%BD%D0%B4%D0%B5%D0…

“Wikipedia” məlumatlarına görə şirkətin əsas rəhbərlərindən biri Tiqran Xudaverdiyan Ukrayna müharibəsi zamanı Rusiyaya tətbiq edilən sanksiyalar siyahısına əlavə edilib.
//ru.wikipedia.org/…/%D0%AF%D0%BD%D0%B4%D0%B5%D0…

Şirkətin təsis etdiyi “Yandex.Taxi” və ya “Yandex Go” Rusiyada və bir sıra ölkələrdə “Yango” (Yandex Go adından) adı ilə fəaliyyət göstərir.
//ru.wikipedia.org/…/%D0%AF%D0%BD%D0%B4%D0%B5%D0…

“Yango” şirkəti Bakıda taksi fəaliyyətinə başlama tarixi kimi 2022-ci ilin iyul ayı göstərilir.
//baku.news/…/56749-bakida-yango-onlayn-taksi…

Bunun üçün “Yandex” şirkəti tərəfindən yango.com domeni əldə edilərək azərbaycan dilində sayt fəaliyyətə başlayıb. Saytda çoxlu sayda mənasız cümlə yığımlarından və mənasız sözlərdən istifadə edilib. Cümlələr sanki “erməni budaq cümlələridir”. Məsələn: “Bu gün Yango hara getməyinizə kömək edə bilər?”, “Dərsləri xidmət”, “Dəvət dost” və s. saytda bəzi keçidlər birbaşa “Yandex”in digər saytlarına yönəlir. Məsələn: Partnyorlar linki //yango.com/parks

Yango.com domenin sahibi barədə axtarış edərkən məlumatların gizlədildiyini aşkarlamaq olar.
//www.whois.com/whois/yango.com

Saytda şirkətin sahibi haqqında, eləcə də əlaqə məlumatları barədə heç bir informasiya yerləşdirilməyib.
//yango.com/

Domenin hansı sayta yöndəldiyi barədə məlumatlarda isə Yandex.ru serverinə müraciət aşkarlanır.
ns3.yandex.ru
ns4.yandex.ru

“Yandex.Taxi” və “Uber” 13 iyul 2017-ci il tarixində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan və Rusiyada taksi fəaliyyətlərini birləşdirmək üçün bir müqavilə imzaladılar. Bu birləşmə qərarından sonra “Yandex” 100 milyon dollar və “Uber” 225 milyon dollar sərmayə qoydu və bu ortaqlıq nəticəsində ümumi dəyəri 3,8 milyard dollar olan yeni bir şirkət quruldu. Yeni şirkətdəki ortaqlıq payları; Yandex 59,3%; Uber% 36,6,  qalan 4.1% işçilərə məxsusdur. Yeni şirkət Tiqran Xudaverdyan tərəfindən idarə olunur. 22 may 2019-cu il tarixində Tigran Xudaverdyan MLU BV-nin yeni İcraçı vitse-prezidenti vəzifəsinə Daniil Şuleyko təyin olunduğunu elan etdi.
//az.wikipedia.org/wiki/Yandex.Taxi

Şaban Nəsirov

ƏvvəlkiAzərbaycanda taksi sürücüləri 12 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər
NövbətiAzərbaycanın Fransadakı səfirliyi erməni fanatiklərin hücumları ilə bağlı bəyanat yayıb