Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 251 yoluxma faktı qeydə alınıb, 363 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 820 min 98 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 808 min 725 nəfər müalicə olunaraq sağalıb, 9 min 897 nəfər vəfat edib. Aktiv xəstə sayı 1476 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 123, bu günə qədər isə ümumilikdə 7 milyon 225 min 530 test icra olunub.