Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Beynəlxalq Böhran Qrupunun prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Komfort Ero ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə bölgədə sülh və sabitliyin təmin olunması istiqamətində ölkəmizin həyata keçirdiyi tədbirlər, bərpa və yenidənqurma işləri barədə məlumat verilib, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü təklif üzrə fikir mübadiləsi aparılıb. Ermənistanın son təxribatlarının prosesləri ləngitmək məqsədi daşıdığı, buna baxmayaraq, prosesin irəlilədilməsi üçün danışıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, müzakirələr çərçivəsində Beynəlxalq Böhran Qrupunun ölkəmizlə bağlı tərtib etdiyi hesabatlar üzrə məsələlər qarşı tərəfin diqqətinə çatdırılıb, Qrupun bir sıra məsələlər üzrə sualları cavablandırılıb.

Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

ƏvvəlkiPrezident İlham Əliyev Türkiyənin səhiyyə nazirini qəbul edib
NövbətiBakı aeroportunda kran aşıb, ölən və yaralanan var