“Shusha Chess 2022” turnirində rapid yarışlarında altıncı tura start verilib.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turun ilk gedişini Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov edib.
Sonra yarışın baş hakimi, AŞF-nin 1-ci vitse-prezidenti Faiq Həsənov Aydın Kərimova xatirə hədiyyəsini təqdim edib.
Bu gün rapid yarışında daha dörd tur oynanılacaq.
Sabah şahmatçılar blitsdə yarışacaq.
Qalib hər iki yarışda qazanılan xalların cəminə əsasən müəyyənləşəcək.