Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 149 yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 820 min 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 min 420 nəfər müalicə olunaraq sağalıb, 9 min 903 nəfər vəfat edib. Aktiv xəstə sayı 1339 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 938, bu günə qədər isə ümumilikdə 7 milyon 234 min 280 test icra olunub.