Sentyabrın 25-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 751 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 176, ikinci doza vaksinlərin sayı 161, üç və daha çox doza vaksinlərin sayı 370, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 44-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 886 min 579, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 380 min 579, ikinci mərhələ üzrə 4 milyon 866 min 941, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 377 min 614, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 445-dir.