Futbol üzrə Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində yer alacağı səbət müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yığmamız püşkatmada dördüncü səbətdə yer alacaq.
UEFA Millətlər Liqasında qrup mərhələsi başa çatmadığı üçün bəzi komandaların səbətləri dəqiqləşməyib.
Birinci səbət: Niderland, Portuqaliya, Macarıstan, Xorvatiya, Belçika, Danimarka, İspaniya, İtaliya, Polşa, İsveçrə (dəqiq deyil)
İkinci səbət: Çexiya (dəqiq deyil), Fransa, İngiltərə, Avstriya, Uels, Bosniya və Herseqovina, İsrail, Şotlandiya (dəqiq deyil), Norveç (dəqiq deyil), Serbiya (dəqiq deyil)
Üçüncü səbət: Ukrayna (dəqiq deyil), Sloveniya, İrlandiya, Rumıniya, İsveç, Ermənistan, Monteneqro (dəqiq deyil), İslandiya (dəqiq deyil), Finlandiya (dəqiq deyil), Albaniya (dəqiq deyil),
Dördüncü səbət: Gürcüstan, Türkiyə, Qazaxıstan, Yunanıstan, Lüksemburq, Farer adaları, Azərbaycan, Şimali Makedoniya (dəqiq deyil), Kosovo (dəqiq deyil), Slovakiya (dəqiq deyil)
Beşinci səbət: Kipr (dəqiq deyil), Bolqarıstan (dəqiq deyil), Şimali İrlandiya (dəqiq deyil), Belarus, Estoniya, Cəbəllütariq, Latviya, Litva, Malta, Moldova
Altıncı səbət: Andorra, Lixtenşteyn, San-Marino.
Qeyd edək ki, oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. İştirakçı ölkələr hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək. Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək.