Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insanların ölümü ilə bağlı başsağlığı verib.
“Report”un Azərbaycan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbərinə görə, məktubda deyilir:
Hörmətli Vladimir Vladimiroviç,
İjevsk şəhərindəki 88 saylı məktəbdə atəş nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıtdı.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin hamısına tezliklə sağalmalarını arzu edirəm.