Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 140 yoluxma faktı qeydə alınıb, 260 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 820 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 809 min 933 nəfər müalicə olunaraq sağalıb, 9 min 907 nəfər vəfat edib. Aktiv xəstə sayı 1158 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 320, bu günə qədər isə ümumilikdə 7 milyon 242 min 57 test icra olunub.