Bu gün Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri – Azərbaycan” (“Treasures of the World – Azerbaijan”) filminin premyerası olacaq.
Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, film Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı, Böyük Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı Media Mərkəzinin dəstəyi ilə hazırlanıb.
Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini, mədəni xəzinələrini təqdim edən film Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib.
Filmin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və təqdimatçısı professor Bettani Hyuzdur (Bettany Hughes).