Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də İsrailin müdafiə naziri Benyamin Qansı qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında uzun illər davam edən hərbi-texniki əməkdaşlıq və bu sahədə perspektivlər barədə fikir mübadiləsi aparıldı.