Ağdam rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Quzanlı qəsəbəsinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edərək onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulayıb, təhsilə göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirin sonunda bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərman təqdim olunub.