Qəbələdə yanan evdə ölən və xəsarət alan turistlərin şəxsiyyəti məlum oldu

Qəbələ rayonunda kirayə yaşadıqları evdə baş verən yanğın zamanı ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

Hadisə nəticəsində Kuveyt vətəndaşı, 1995-ci il təvəllüdlü Arbua Adnan Al-Hamidi yanaraq ölüb.

Hadisə nəticəsində ailənin digər üzvləri – 1993-cü il təvəllüdlü Ahmed Adnan Al-Hamidi, 2001-ci il təvəllüdlü Nura Adnan Al-Hamidi, 1989-cu il təvəllüdlü Sara Adnan Al-Hamidi, 2017-ci il təvəllüdlü Adam Nudar Al-Behni, 1960-cı il təvəllüdlü Raba Muhammef Al-Rabaşda və 1958-ci il təvəllüdlü Adnan Al-Hamidi bədənin müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xatırladaq ki, bu gün səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlkiyanğın
Növbətisarı tor