Sentyabr hadisələrində erməni hərbçiləri tərəfindən işgəncələrlə öldürülən və görüntüləri yayılan 6 nəfər azərbaycanlının meyiti Azərbaycan tərəfinə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
Qeyd edib ki, sosial şəbəkələrdə yayılan digər görüntülərlə bağlı istintaq qrupu tərəfindən araşdırılmalar davam etdirilir.