Şimali Koreya şənbə günü axşam saatlarında Yapon dənizi istiqamətində daha bir ballistik raket buraxılışını həyata keçirib.
AZƏRTAC xəbər verir ki, Yonhap agentliyi bu barədə Cənubi Koreyanın hərbi komandanlığına istinadla məlumat yayıb. Buraxılan raketə dair hələlik təfərrüatlı informasiya yoxdur.
Agentlik bildirir ki, bu, KXDR-in son iki həftədə yeddinci ballistik raket buraxılışıdır. Raketlərin buraxılışı Yaponiya, Cənubi Koreya və ABŞ-ın Yapon dənizindəki birgə hərbi təlimləri başa çatdıqdan dərhal sonra həyata keçirilib.