Azərbaycan elektron hökumətin yeni modelinə keçir

Azərbaycan elektron hökumətin yeni modelinə (“non stop shop”) keçir.

Trend-in məlumatına görə, bunu energetika və İKT üzrə Azərbaycan-Almaniya biznes-forumunda Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli deyib.

O bildirib ki, bu model sayəsində vətəndaşların elektron xidmətlərdən istifadə üçün dövlət qurumlarına müraciət etməsinə ehtiyac olmayacaq:

“Bütün zəruri xidmətlər elektron hökumətin vahid infrastruktur bazasında göstəriləcək. Bu planda biz “qayğıya qalan dövlət” konsepsiyası adı altında digər innovasiyanı tətbiq etmək niyyətindəyik. Bunun sayəsində vətəndaşlar onlara lazım olan informasiyaları vaxtından əvvəl ala biləcəklər. Biz inanırıq ki, bu, həm “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərin təkmilləşdirilməsinə, həm də digər elektron xidmətlərin genişləndirilməsinə imkan verəcək”.

A.Cəfərli qeyd edib ki, “ASAN xidmət” mərkəzlərinə müraciətlərin sayı bu günə təqribən 25 milyon təşkil edir:

“Bakıda 2015-ci ilin yanvarından iki kommunal xidmət mərkəzi fəaliyyətə başlayıb və bu mərkəzlərə vətəndaş müraciətlərinin sayı 815 minə çatıb. Hazırda 630-dan çox dövlət xidmətinin rəqəmsallaşdırılma səviyyəsi qiymətləndirilir. Həmçinin “Asan Ödəniş”, “Asan Visa”, elekton lisenziya kimi iri layihələrin reallaşdırılması üzrə işlərə başlanıb”.

Əvvəlkie-gov
NövbətiPrezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib