NATO müdafiə nazirləri iclası çərçivəsində Belçikanın paytaxtı Brüsseldə səfərdə olan Türkiyənin milli müdafiə naziri Hulusi Akar NATO Baş Qərargahında Alyansın Baş katibi Yens Stoltenberqlə görüşüb.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Regional müdafiə və təhlükəsizlik, həmçinin NATO mövzularının müzakirə edildiyi görüşdə H.Akar Türkiyənin mövqeyini bildirib. Nazir Akar NATO-da üzərinə düşən öhdəlikləri yerinə yetirən Türkiyənin bundan sonra da bunu davam etdirəcəyini də bəyan edib.
Stoltenberqin Türkiyənin NATO-da mühüm müttəfiq olduğunu da vurğuladığı, taxıl dəhlizində, qlobal ərzaq böhranının həllində və əsir mübadiləsində fəal rol oynadığı üçün Türkiyəyə təşəkkür etdiyi məlum olub.