Oktyabrın 12-də “Sərhədçi” İdman Olimpiya Mərkəzinin idman zalında basketbol üzrə 28-ci Azərbaycan çempionatının (ABL) açılış oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev və Dövlət Sərhəd Xidmətinin rəis müavini general-leytenant Abbas Xəlilov açılış qarşılaşmasını izləyənlər arasında idilər.
Açılış oyununda “Sərhədçi PİK” və “NTD BK” komandaları qarşılaşıblar. Oyuna “NTD BK” basketbolçuları fəal başlayıblar. Onların bu üstünlüyü oyunun sonuna qədər davam edib. Yekunda rəqibini 71-77 hesabı ilə məğlubiyyətə uğradan “NTD BK” komandası çempionata qələbə ilə başlayıb.
Qeyd edək ki, birinci turun digər görüşləri oktyabrın 15-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində oynanılacaq.