Türk Dövlətləri Təşkilatı çərçivəsində investorlar üçün şərait yaradırıq.
Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“11 Noyabrda Səmərqənddə baş tutacaq Türk Dövlət Təşkilatının Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qərar qəbul edəcəyik. Bu, Türkiyənin təklifi idi. Ümid edirik ki, üzv dövlətlər də bunu qəbul edəcək” – deyə M. Çavuşoğlu bildirib.