Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan rəhbəri Rəşad Cabirlinin Çexiyaya işgüzar səfəri davam edir.
Trend-in məlumatına görə, səfər çərçivəsində R.Cabirli Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Adış Məmmədovu ziyarət edilib və tərəflər arasında müzakirələr aparılıb.
Eyni zamanda R.Cabirli Praqada 17-21 oktyabr taxirlərində keçirilən “Şərq Tərəfdaşlığı Biznes Forumu: Geoiqtisadi Çağırışlar və İmkanlar” adlı biznes forumda iştirak edib. Forum zamanı R.Cabirli müxtəlif iş adamları ilə görüşərək ortaq iş birliyi və Azərbaycanda yatırım imkanlarını müzakirə edib.
Bunanla yanaşı R.Cabirli Çexiyaya işgüzar səfər zamanı MÜSİAD Çexiya ziyarət edilib, idarə heyətinin sədri Erol Kaya bir araya gələrək qarşılıqlı müzakirələr edilib.