Prezident İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan və Rusiya prezidentləri arasında əldə olunmuş razılaşmalar əsasında münasibətlərimizin dinamik inkişafından və ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, nəqliyyat-tranzit, energetika sahələrində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edildi, bütün istiqamətlər üzrə irəliləyişin olduğu və ticarət dövriyyəsinin artdığı vurğulandı. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı 10 noyabr Bəyanatının icrası ilə bağlı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələlər müzakirə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Əvvəlki“Dəniz təməl komando kursu” keçirilir
NövbətiOmbudsman: “Müharibə cinayətlərinə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi hələ də məsuliyyətə cəlb edilməyib”