Rusiya Qara dəniz donanmasının gəmilərinə hücumla bağlı oktyabrın 31-də BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini istəyib.
“Report” xəbər verir ki, bunu Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Onun sözlərinə görə, Rusiya BMT-nin baş katibi Antoniu Quterreşin taxıl sazişinin həyata keçirilməsində iştirakının dayandırılması barədə rəsmi məlumat təqdim edib.
Qeyd edək ki, Rusiya Sevastopolda Qara dəniz donanmasının, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb. Kreml taxıl sövdələşməsində iştirakını dayandırdıqdan sonra İstanbuldakı Birgə Koordinasiya Mərkəzində – Xarici İşlər Nazirliyindəki nümayəndələrinə tapşırıqlar verib.