Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 45 yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, İndiyədək ölkədə ümumilikdə 823 min 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 min 982 nəfər müalicə olunaraq sağalıb, 9 min 944 nəfər vəfat edib. Aktiv xəstə sayı 321 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1718, bu günə qədər isə ümumilikdə 7 milyon 319 min 300 test icra olunub.