Noyabrın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 657 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 153, ikinci doza vaksinlərin sayı 181, üç və daha çox doza vaksinlərin sayı 294, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 911 min 694, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 390 min 152, ikinci mərhələ üzrə 4 milyon 871 min 585, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 386 min 910, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 47-dir.