Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 51 yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 823 min 369 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 117 nəfər müalicə olunaraq sağalıb, 9 min 951 nəfər vəfat edib. Aktiv xəstə sayı 301 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 188, bu günə qədər isə ümumilikdə 7 milyon 325 min 464 test icra olunub.