Dünən Pakistanın keçmiş Baş naziri İmran Xana qarşı sui-qəsd cəhdi olub.
O, xəstəxanaya aparılan zaman ayaqlarında 16 yara izi qeydə alınıb.
Məlumata görə, İmran Xan xəstəxanaya gətirilərkən huşsuz vəziyyətdə olub.
O, hər iki ayağından güllə yarası alıb, güllənin biri sağ ayağına dəyib, digər güllə isə sol ayağın sümüyünü təsir edib.