Həndbol üzrə qadınlardan ibarət milli komandalar arasında dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunları başlanılıb.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birinci mərhələdən mübarizəyə başlayan Azərbaycan yığması noyabrın 3-də Portuqaliya millisinin qonağı olub.
Paredes şəhərinin “Multiusos de Paredes” arenasında keçirilən görüş 32:19 hesabı ilə Portuqaliya təmsilçisinin xeyrinə başa çatıb.