Azərbaycan cüdoçusu Səid Mollayi Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.
“Report”un məlumatına görə, 81 kq-da çıxış edən idmançı finalda belçikalı Mattias Kasse ilə görüşüb.
Rəqibinə vazari ilə qalib gələn Mollayi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, tatamini tərk etdikdən sonra qısaca olaraq təəssüratlarını bölüşüb və “Yaşasın Azərbaycan!” şüarını səsləndirib.
Bu, Azərbaycanın kişi cüdoçularının turnirdə əldə etdiyi 3-cü qızıl medal olub. Daha əvvəl Balabəy ağayev (60 kq) və Hidayət Heydərov (73 kq) bu uğuru təkrarlayıb.