Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna final görüşü baş tutub.
“Report”un məlumatına görə, həlledici matçda Azərbaycan və İran milli komandaları üz-üzə gəlib.
Görüş İran yığmasının qələbəsi ilə yekunlaşıb.
Ümumi hesab 5:5 olsa da, iranlı idmançılardan biri 8:0 qələbə qazandığı üçün komanda qızıl medala yiyələnib.
Bununla da Azərbaycan yığması mötəbər turniri gümüş medalla başa vurub.
Yunan-Roma güləşi üzrə Dünya Kuboku
Final
Azərbaycan – İran – 5:5
55 kq
Eldəniz Əzizli – Poya Marz – 4:1
60 kq
Nihad Məmmədli – Mohsen Nejad – 4:5
63 kq
Taleh Məmmədov – İman Hüseyn Mohammedi – 0:8
67 kq
Həsrət Cəfərov – Danial Söhrabi – 5:1
72 kq
Ülvi Qənizadə – Mohammedeza Rustami – 4:3
77 kq
Sənan Süleymanov – Arif Həbibullahi – 7:1
82 kq
Rafiq Hüseynov – Mohammedhuseyn Mahmudi – 5:1
87 kq
Murad Əhmədiyev – Abulfəz Ali Çubani – 1:2
97 kq
Arif Niftullayev – Mehdi Balihamzede – 2:5
130 kq
Beka Kandelaki – Aliakbar Yusifahmedcali – 3:6