8 Noyabr – Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
Trend xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra isə hərbçilərin üç marşrut üzrə yürüşlərinə start verilib.
Qeyd edək ki, hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin marşrutlar üzrə yürüşləri Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı; Şəhidlər xiyabanı, “Alov qüllələri” kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, “Azneft” dairəsi, Bəhram Gur heykəli, Hüseyn Cavid parkı, Hüseyn Cavid prospekti, Parlament prospekti, Şəhidlər xiyabanı istiqamətləri üzrə baş tutub.
FOTO – Zaur Mustafayev
VİDEO – Seymur İsmayılov