Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 44 yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 823 min 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 504 nəfər müalicə olunaraq sağalıb, 9959 nəfər vəfat edib. Aktiv xəstə sayı 173 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2005, bu günə qədər isə ümumilikdə 7 milyon 341 min 262 test icra olunub.