Noyabrın 13-də dünyada təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı 634 milyon 983 min 244-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə hesablamanı ABŞ-ın Cons Hopkins Universiteti aparıb.
Dünyada virusun yayıldığı gündən indiyədək 6 milyon 609 min 692 nəfər COVID-19-a yoluxmanın fəsadlarından dünyasını dəyişib.
30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Fransa, Braziliya və Almaniya var.