“Əşyaların İnterneti (IoT), bulud texnologiyaları və böyük həcmdə məlumat bazaları kimi rəqəmsal transformasiya texnologiyalarının tətbiqinə doğru bazarın reaksiyası səbəbindən dünya həmişəkindən daha çox bir-birinə bağlıdır. Rəqəmsal transformasiyaya artan tələbat təşkilatların öz bizneslərində lider olmaq, gəlirləri artırmaq və davamlı istehlakçı tələblərini ödəmək kimi rəqabətli mühiti daim aktiv saxlayır. Rəqəmsal transformasiyanın effektivliyini ölçmək üçün istifadə edilə bilən əsas komponentlərdən biri rəqəmsal inamdır ki, bu da istehlakçıların öz məlumatlarının necə emal olunduğu, saxlandığı və qorunduğuna dair inamı kimi başa düşə bilərik. Məlumatların qorunmasında və məxfilikdə kibertəhlükəsizliyin rolu çox vacibdir. Bu, rəqəmsal inamı təmin edən və rəqəmsal transformasiya yolunun əsas uğur faktorudur”. Bu sözləri ölkəmizi dünya miqyasında təmsil edən İT Audit sahəsi üzrə ekspert Səxavət Süleymanlı müsahibəmizin əvvəlində kibertəhlükəsizliyin vacibli haqqında sualımıza cavab olaraq söylədi.
Ölkənin ən böyük və ən innovativ bankı Kapitalbankda İT Audit üzrə menecer işləyən müsahibimiz artıq 10 ildən artıqdır ki bu sahədədir və ölkəmizi beynəlxalq arenada bir çox tədbir və müsabiqələrdə təmsil edir. Ölkə üzrə İT auditin tətbiqinə dair beynəlxalq təcrübənin tətbiqində əvəzsiz və lider rolu oynayan müsahibimiz Azərbaycan respublikası Mərkəzi bankında işləyən dövrdən bu sahə üzrə kadr hazırlanması və nəzarət mexanizmlərin qurulması üzrə ad qazanmışdır.
Bizimlə olan maraqlı müsahibəsinə – “İnkişaf etməkdə olan texnologiyaları mənimsəmək rəqabətdə bizi irəli aparır, lakin unutmaq lazım deyil ki təbii olaraq risk də onunla birlikdə gəlir. Proses sahibləri Daxili Audit və Risklərin idarəedilməsi ilə birlikdə İT risklərin təyin olunmasında proaktiv olaraq iştirak etməlidir. İT risklərinin biznesə geniş təsirini nəzərə alaraq, biznes sahiblərinin bu təşəbbüsdə birinci və ikinci müdafiə xətləri ilə birlikdə işləmələri zəruridir. Texnologiyanın tətbiqi zamanı risk və nəzarət mexanizmləri ilə bağlı müzakirələrin erkən başlaması problemlərin və prosesin təkmilləşdirilməsinin müəyyənləşdirilməsinə kömək edir və yeni texnologiyaların biznesə uğurlu inteqrasiyasını təmin edir” deyə dəvam edən Səxavət Süleymanlı bir daha məlumatların qorunmasının vacibliyinə toxundu.
Qeyd edək ki, Səxavət Süleymanlı bu yaxınlarda Azərbaycan, İsrail və Türkiyə müdafiə nazirlərinin də iştirakı ilə keçirilən “Qlobal Hibrid Müharibə və Kibertəhlükəsizlik Sammiti”ndə ölkəmizi təmsil edib. 4 ildirki PASHA Holdingin nəzdində qurulan İTEC (İnformation Technology Excellense Center)-də rəhbərlik edən müsahibimiz, bu keçən dövrdə maliyyə və qeyri-maliyyə sektoru üzrə bir çox İT Audit mütəxəssislərinin yetişdirilməsində əvəzsiz rolu olmuşdur. Ölkə üzrə CEH, CİSM, CİSA kimi beynəlxalq sertifikatlara yiyələnə bilən öz sferasında nadir mütəxəsssilərdəndir.