İraqın şimalındakı Süleymaniyyə şəhərində yaşayış binaları kompleksində partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə ötən gün gecə saatlarında qeydə alınıb.
Partlayış nəticəsində üç bina dağılıb, azı 15 nəfər həlak olub. Dağıntılar altında insanların qalması ilə əlaqədar ölü sayının artması istisna edilmir.
Yaralıların olduğu bildirilsə də, onların dəqiq sayı məlum deyil.
Partlayışa qaz sızmasının səbəb olduğu deyilir.