Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, Qətər əmiri Şeyx Təmim bin Həməda Al Tani 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatını açıq elan edib.
Əl Havr şəhərindəki “Əl Beyt” Stadionunda baş tutan açılış mərasiminin mövzusu fikir ayrılıqlarının aradan qaldırılması, hörmət və inklüzivlik olub.