Noyabrın 22-də Tovuzda Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Gənc Sahibkarların III Forumu keçiriləcək.
Bu barədə “Report”a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.
Forumun keçirilməsində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərinin öyrənilməsidir.
Qeyd edək ki, Gənc Sahibkarların I və II Forumları müvafiq olaraq 2019-cu və 2021-ci illərdə Bakı şəhərində təşkil olunub.
Forumlarda dövlət qurumlarının, gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər iştirak edib.