Bu gün BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə təcili iclası keçiriləcək.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi məlumat verib.
Bildirilib ki, iclas Bakı vaxtı ilə noyabrın 24-də 01.00-da başlancaq.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 23-də Rusiyanın irimiqyaslı raket zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının çağırılması üçün sorğu göndərməyi ölkəsinin BMT-dəki daimi nümayəndəsinə tapşırıb.