Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan imtina edib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin saytında bildirilib.

“KTMT KTŞ-nin Bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında” layihəsi yetərincə işlənməyib və bu formada, bütün hörmətimlə, mən bu sənədləri imzalamağa hazır deyiləm”, – Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyevin Serbiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
NövbətiAzərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb