Şahmat dünyasının əfsanəsi gürcüstanlı Nona Qaprindaşvili İtaliyada böyüklər (65 yaşdan yuxarı) arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Şahmat Federasiyası məlumat yayıb.
Bildirilir ki, N.Qaprindaşvili bu qələbəsi ilə səkkizinci dəfə veteran şahmatçılar arasında dünya çempionu adını qazanıb.
Qeyd edək ki, Gürcüstanın şahmat əfsanəsi həm də on bir şahmat olimpiadasının qalibi və klassik şahmat üzrə beşqat dünya çempionudur.