Noyabrın 28-də Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.